“Türk Ağsaqqalları İctimai Birliyi (TAİB) və Aktaudakı Baş Konsulluğumuzun birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş konsertimiz çox uğurlu alındı. Soydaşlarımızdan aldığımız istiliyi, gördüyümüz xoş və doğma münasibəti heç vaxt unutmayacağıq”.
Lent.az-ın xəbərinə görə, bu fikirləri Əməkdar artist Aybəniz Haşımova səsləndirib.
“Səfərimiz yüksək səviyyədə təşkil olunmuşdu. TAİB dövlətimizin, xalqımızın adına layiq tədbir təşkil etmişdi. Ən xırda detallara qədər hər şey nəzərə alınmışdı. Mən çox xarici səfərdə olmuşam. TAİB- in təşkil etdiyi Qazaxıstan səfəri həm mənim, həm də, Sənət Akademiyasının tələbələrinin yaddaşında silinməz iz buraxacaq. Bir sözlə, səfər mükəmməl təşkil olunmuşdu. TAİB rəhbərliyinə minnətdaram.
Eyni zamanda, bizə diqqətini əsirgəməyən Baş Konsulumuz Elçin müəllimə və diasporumuzun fəallarına təşəkkürümü ifadə etmək istəyirəm.
Xüsusi təşəkkürüm isə, əziz, dogma Nicat Huseyn Daglar oglunadır. Bu səfərə məhz onun arzusu ilə baş tutdu. Böyük həvəslə əziz qardaşımın arzularına qoşuldum və musiqimiz adına əlimdən gələn nə varsa etdim. Nicat müəllim ən böyük məsuliyyəti öz ciyinlərinə götürmüşdü, öhdəsindən gəldi. Bir-birindən əvəzsiz musiqilərimiz o möhtəşəm səhnədən səsləndikcə, həm qürur, həm də həyəcan hissi bürüyürdü məni. O möhtəşəm konsert salonunda bizi izləməyə gələn vətənimin övladları var idi. Həyəcanla, ana laylası kimi doğma gələn milli musiqimiz göz yaşları ilə seyr edib bizi daha da, həvəsləndirirdilər.
Biz onların alqışından cox razı qaldıq. Arzu edirəm ki ,onlar da bizdən razı qalsınlar!”,- deyə o səfər təəssüratlarını bölüşüb.