“Avroviziya-2023” beynəxalq mahnı müsabiqəsinin səhnə görüntüləri yayılıb.
Lent.az-ın məlumatına görə, müsabiqənin rəsmi hesabında müsabiqənin keçiriləcəyi səhnənin şəkilləri paylaşılıb.
450 kvadratmetlik səhnəəsasən mavi rənglə işıqlandırılacaq. Bu səhnə Azərbaycanda keçirilmiş yarışmanın səhnəsini xatırladır. Azərbaycanda səhnə alov rənglərini əks etdirirdi.
“Avroviziya-2023” bu il Britaniyanın Liverpul şəhərində “Musiqi ilə birləşmə" ("United by Music") şürı altında keçiriləcək.
Müsabiqədə ötən il birinci yeri Ukrayna qazansa da, müharibə səbəbindən ev sahibliyini Britaniya edəcək.
Mayın 9-u və 11-də müsabiqəsinin yarımfinalları, mayın 13-də isə finalı keçiriləcək.