"Arzum xanəndə olmaqdır":    Prezident mükafatçısı  Lent.az-a   DANIŞDI
01 fevral 2024 18:42 (UTC +04:00)

"Arzum xanəndə olmaqdır": Prezident mükafatçısı Lent.az-a DANIŞDI

Bu gün Prezident İlham Əliyev 2024-cü il Gənclər üçün prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.

Mükafata layiq görülən gənclərdən biri Rəvanə Ağamirovadır. Anadangəlmə görmə məhdudiyyəti ilə I dərəcə gözdən əlilliyi olan Rəvanə Ağamirova musiqi üzrə qabiliyyətini daim təkmilləşdirir. Onun “Ay Laçın” ifası sosial şəbəkələrə böyük populyarlıq qazanıb.

Lent.az-a açıqlama verən Rəvanə bildirib ki, ən böyük arzusu konservatoriyaya daxil olub, xanəndə olmaqdır:

“2005-ci ildə İsmayıllı rayonunun Talış kəndində doğulmuşam. Bakıda böyüyüb məktəbə getmişəm. 5 saylı internat məktəbində və 38 saylı musiqi məktəbində təhsil alıram. Görmə məhdudiyyətim əzmimi qırmayıb, hədəflərimə doğru addımlayıram. 1 ildir "DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi”ndə təlim alıram. Prezident mükafatı almaq üçün namizədliyim də bu mərkəzdən verilib. Bu mərkəzdə vokal qabiliyyətimin inkişaf etdirilməsində böyük rol oynamış müəllimim Humay Aslanovaya təşəkkür edirəm. Bütün müəllimlərimə minnətdaram. Ən böyük təşəkkürüm isə prezidentədir. Mənə dünyanı bağışlayıb. Sevincimin həddi-hüdudu yoxdur. Çox həyəcanlıyam”.

Rəvanənin bir qardaşı var. Deyir ki, musiqiyə olan həvəsi ona nənəsinin laylalarından keçib.

Uşaqlıdan evdəki piano onun dostuna çevrilib, özü çalmağı öyrənib. Var gücü ilə gələcəyini qurmağa, arzuladığı hədəfə çatmağa çalışır. Bu yolda ona dəstək olanlar çoxdur. Ailəsi, dostları, müəllimləri, ən əsası da dövləti. 

 

# 5073
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar