“Arka sokaklar” serialı ilə tanıdığımız aktyor Uğur Pektaş yenidən ekranlara dönür.
Lent.az-ın xəbərinə görə, bu barədə aktyor özü məlumat yayıb. O, “Mahsusa – Trablus” adlı filmlə izləyici qarşısına çıxacaq.
Qeyd edək ki, Uğur Pektaş 2008-ci ildə seriala çəkilərkən tanış olduğu Qamze Özçeliklə evlənmiş, 2011-ci ildə boşanmışdı. Onların bu evlilikdən Murathan adlı bir oğulları var. Uğurlu karyeraları olan Uğur və Qamze dini cərəyanlardan birinə qoşularaq ekranlardan uzaq düşmüş, sənətə əlvida demişdilər. Onların hər ikisi tamam fərqli sahələrdə fəaliyyət göstərirdilər.
Uğur Pektaşın yenidən ekranlara dönməsi xəbəri izləyicilərinin məmnunluğu ilə qarşılanıb.