Azərbaycan Dövlət Rəqs Ansamblı Birləşmiş Ərəb Əmirliyində “Opening Ceremony of Mono-Drama Festival in UAE, Al Fujairah” festivalının acılışında iştirak edir.
Festivalda Ukrayna, Rusiya, Kolumbiya, Misir və digər ölkələr iştirak edir
Ansamblın Bədii Rəhbəri, Xalq artisti Rüfət Xəlilzadə Lent.az-a bildirib ki, festival iştirakçılarının təşkil etdiyi ümumi böyük tamaşada bizim rəqqaslarımız cəngavər obrazlarını ifa edəcəklər.
Ərəb tamaşaçılara həmçinin kişi rəqqaslarımızın ifasında müxtəlif xalq rəqslərimiz təqdim olunacaq.
Qeyd edək ki, BƏƏ-də təşkil olunmuş festivalda ancaq kişi rəqqasların iştirakı nəzərdə tutulub.