Xalq artisti Mehriban Zəki sosial şəbəkə hesabında maraqlı və müəmmalı paylaşım edib.
Lent.az-ın xəbərinə görə, aktrisa sözlərin insan həyatına təsirinə dair fəlsəfi baxışlarını paylaşıb.
“Bu dünyada heç nə əbədi deyil. Sən də deyilsən. Bunu anlamağa İlahidən sənə ağıl verilibsə, bir kimsənin xətrinə dəyməyə qalxmazsan. Sənə verilən ömrü pay da görə bilərsən, əzab da. Bu ömürdə sevgi də tapa bilərsən, kin- küdurət də.
Amma bir şey var. Sevgi istəyirsənsə, sevməyi bacarmalısan. Bu dünyada nəyi verirsənsə, onu da alırsan. Ağzından çıxan söz nədirsə, sən osan. Sözlərinə diqqət et”, o bildirib.