Məşhur fotoqraf Reza Deqati “Twitter” hesabında Ağdam rayonu ilə bağlı yeni fotolar paylaşıb.
Lent.az bildirir ki, o, öz paylaşımında belə yazıb:
“Ağdam, #Azərbaycan. Mən 1992-ci ildə iki fransız Qeyri Hökumət Təşkilatı ilə Ağdamda idim. Şəhid analarına həsr olunmuş bu abidəni xatırlayıram. 28 il sonra erməni abidələrinin mədəniyyət və tarix xatirələrini silmək istəyi nəticəsində bu abidə artıq dayanmır #karabakh”, - deyə o qeyd edib.