Venesiya festivalında yarışacaq filmimizin treyleri  - VİDEO
18 avqust 2020 11:31 (UTC +04:00)

Venesiya festivalında yarışacaq filmimizin treyleri - VİDEO

Rejissor Hilal Baydarovun "Səpələnmiş ölümlər arasında" filminin treyleri yayımlandı.

Lent.az kulis.az-a istinadla xəbər verir ki, treyler "Ucqar Film"in "YouTube" kanalında təqdim olunub.

"Səpələnmiş ölümlər arasında" filmi dünyanın ən nüfuzlu film festivallarından olan Venesiya festivalının A kateqoriyalı siyahısına düşüb. Bu hadisə Azərbaycan kino tarixində ilkdir.

77-ci Venesiya Film Festivalı 2020-ci ilin 2-12 sentyabr tarixləri ərzində İtaliyanın Lido adasında baş tutacaq.

Filmin treylerini təqdim edirik.

# 2578
avatar

Oxşar yazılar