Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Türk dünyasının müxtəlif sənətçilərinin evlərindən səsləndirdikləri mahnı üçün klip hazırladı və "evdə qalın" mesajını verdi.
Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan solistlər TÜRKSOY Xalq Çalğıları Orkestrinin müşayiətində evlərində Qırğız xalq mahnısı "Op-Mayda" nı oxuyublar.
Hər il TÜRKSOY Novruz bayramı tədbirləri çərçivəsində bir araya gələrək konsert proqramlarında çıxış edən, ancaq bu il qastrolu yeni növ koronavirus səbəbindən ləğv edilən sənətçilərin evlərindən öz imkanları ilə çəkdikləri görüntülərdən hazırlanan klip TÜRKSOY-un sosial şəbəkə hesabları ilə yanaşı Qazaxıstan və Qırğızıstanın milli kanallarında da yayımlanıb.
(TRT)