Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən start verilən “Evdə qal - qalib gəl!” layihəsinə qoşulan rəssam Lalə Hüseynzadə qum üzərində yaratdığı əsəri koronavirus (COVID-19) pandemiyasına həsr edib.
Rəssam qum üzərində işlədiyi əsərdə koronavirus pandemiyasının insan vücuduna təsirini, yayılma prosesini göstərməklə yanaşı, tibb işçilərinin fədakarlığını, bu infeksiya ilə mübarizəsini də əks etdirib.
Lalə Hüseynzadə 1992-ci ildə Gədəbəy rayonunda hərbçi ailəsində dünyaya gəlib. 2016-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Rəngkarlıq fakültəsinə qəbul olunub. 2011-2012-ci illərdə “Azad Azərbaycan” telekanalında “Tanıdım səni” adlı layihədə birinci yerə layiq görülüb. O, həmçinin Türkiyənin TV 8 kanalında yayımlanan “Yetenek sizsiniz” verilişinin iştirakçısı olub.
(AZƏRTAC)