Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda YENİLİK
27 fevral 2020 12:17 (UTC +04:00)

Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda YENİLİK

“Bu ildən etibarən Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinə şagirdlərin qəbulu elektron formada aparılacaq”.

APA-nın xəbərinə görə bunu "Mədəniyyət Biznes Forumu: Mövcud vəziyyət və perspektivlər" forumunda çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Onun sözlərinə görə, şagirdlərin seçimi xüsusi yaradılacaq komissiya tərəfindən aparılacaq.

“Artıq iki ildir ki, bu məktəblərə müəllimlərin işə qəbulu elektron formada, açıq müsabiqə yolu ilə həyata keçirilir. Ötən il 500 müəllimin müraciəti qəbul olunub ki, onlardan 125 nəfəri işlə təmin edilib. Həmin məktəblərdə bu günədək 15 minədək insan çalışır, 60 minədək şagird təhsil alır. İstedadlı uşaqların orada təmənnasız, pulsuz oxumağını dövlət öz üzərinə götürüb”, - nazir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2420
avatar

Oxşar yazılar