Musiqi məktəbinin tələbələri beynəlxalq yarışmanın qalibi olublar
14 aprel 2020 11:08 (UTC +04:00)

Musiqi məktəbinin tələbələri beynəlxalq yarışmanın qalibi olublar

Azərbaycan-Amerika Beynəlxalq Mədəniyyət Assosiasiyasının keçirdiyi Azərbaycanın görkəmli bəstəkarı Cövdət Hacıyevin xatirəsinə həsr olunmuş “Florida keys” beynəlxalq musiqi yarışmasında C.Hacıyev adına 3 nömrəli musiqi məktəbinin tələbələri qalib gəliblər. 

İdarədən Lent.az -a bildirilib ki, musiqi məktəbinin vokal (akademik) ixtisası üzrə 8-ci sinif şagirdi, respublika və beynəlxalq müsabiqələr laureatı Atilla Məmmədov (müəllim Mahir Tağızadə), estrada oxuma ixtisası üzrə 8-ci sinif şagirdi, "Zima" Beynəlxalq musiqi festivalının iştirakçısı Nurdan Hüseynzadə (müəllim Solmaz Qasımova) və simli alətlər şöbəsinin müdiri Hülya Orucova (violin) keçirilən müsabiqədə uğurla çıxış edərək 1-ci yerə layiq görülüblər.

Müsabiqənin məqsədi dünyanın hər yerindən gənc, istedadlı musiqiçilərin üzə çıxarılması və təbliğidir ki, bu da onlara Nyu-Yorkun məşhur “Carnegie Hall”un səhnəsində çıxış etməyə imkan yaradır. Bundan başqa, təşkilatçıların məqsədi Azərbaycanın zəngin musiqi mədəniyyəti haqqında dünya ictimaiyyətini məlumatlandırmaqdır. Müsabiqənin təşkilatçısı bəstəkar C.Hacıyevin qızı Pərvin Muradovadır. O, Florida ştatında Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası yanında təhsil və mədəniyyət komitəsinin sədridir. Layihə assosiasiyanın prezidenti Töhfə Eminova, pianoçu Key Lenq, Çin pianoçusu, Nyu-York musiqi festivalının münsiflər heyətinin üzvü Vivian Fanq Liunun dəstəyi ilə reallaşıb.

Qeyd edək ki, müsabiqənin əsas özəlliyi fiziki imkanları məhdud olan uşaqların da iştirak etməsindədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1366
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar