İsmayıl Şıxlının yubiley tədbiri keçirilib
25 dekabr 2019 11:42 (UTC +04:00)

İsmayıl Şıxlının yubiley tədbiri keçirilib

 

 TEAS Press Nəşriyyat Evinin əmtəə nişanı olan “3 alma”nın təşkilatçılığı ilə Avropa Azərbaycan Məktəbində Azərbaycanın xalq yazıçısı, publisist İsmayıl Şıxlının 100 illiyinə həsr olunan növbəti tədbir keçirilib.

APA-nın xəbərinə görə, məktəbin müəllim və şagird heyətinin iştirak etdiyi tədbirdə yazıçının övladları Elçin və Fərrux Şıxlı, həmçinin uşaq yazıçıları Zahid Xəlil, Reyhan Yusifqızı və Mürşüd İsmayılzadə də iştirak edib. Tədbir boyu İsmayıl Şıxlı yaradıcılığına aid videoreportajlar, “Dəli Kür” filmindən fraqmentlər nümayiş etdirildi, iştirakçılara yazıçı barədə ətraflı məlumatlar verilib. Qeyd edək ki, yubiley ili çərçivəsində “3 alma” tərəfindən dahi yazıçının cəbhə xatirələri və hekayələrindən ibarət “Məni itirməyin” adlı kitabı çap edilib.

Bundan başqa, bir sıra intellektual oyunlarda sualların müəllifi və uşaq yazıçısı Mürşüd İsmayılzadə də maraqlı və düşündürücü suallarla şagirdlərin dünyagörüşünü yoxlayıb. Suallara düzgün cavab verənlər “3 alma” tərəfindən kitablarla mükafatlandırılıb.

Bu, xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi münasibəti ilə “3 alma” tərəfindən həyata keçirilən ikinci tədbirdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1290

Oxşar yazılar

Özünüzü  tapmağa   kömək edəcək  6 film   -  VİDEO

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq  5 film   -  VİDEO

Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO

16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında  ağır yaralandı - FOTO

Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO

16 iyul 2025 , 11:25
Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34