İndiyәdәk qorunub-saxlanılan әn qәdim teatr
23 fevral 2020 16:26 (UTC +04:00)

İndiyәdәk qorunub-saxlanılan әn qәdim teatr

Antalya şәhәrindә yerlәşәn Aspendos antik  teatrının indiyәdәk qorunub-saxlanılan әn qәdim teatr olduğunu bilirsinizmi?

E.Ә 2-ci әsrdә  inşa edilәn Aspendos teatrı fәrqli mәqsәdlәr üçün   istifadә edilib. Aspendosla bağlı müxtәlif әvsanәlәr var. Teatrın memar Zenon tәrәfindәn inşa edildiyi deyilir.

Zamanın ən dəbdəbəli tikililərindən olan Aspendos teatrı 15-20 min nəfərlik oturacaqlara malikdir. Teart Sәlçuqlu İmperiyası dövründә iqamәtgah olaraq istifadә edilib. Hәmin dövrdә Şәlçuqlu İmperiyasının sultanı Әlәddin Keykubadın göstәrişi ilә  teatrın bir hissәsindә saray inşa olunur.

Aspendon antik teatrı günümüzdә ‘‘Aspendos Opera vә Balet  Festivalı’’ vә çox sayda beynәlxalq konsert ilә tәdbirә ev sahibliyi edir.

(TRT)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2873
avatar

Oxşar yazılar