Dünya şöhrətli türk musiqiçisi Fazıl Sayın yeni kitabı işıq üzü görüb.
Lent.az-ın kulis.az-a istinadən xəbər verir ki, "Suya Yazılan" adlanan kitab avqustun 28-dən satışa çıxarılacaq.
Məşhur pianoçu Fazıl Sayın pandemiya dönəmində qələmə aldığı kitabda, musiqi və həyat düşüncələri, 50 illik həyatının hesabatı, dünyagörüşü, xəyalları və karantin günlərində dörd divar arasında yaşadığı sıxıntılardan bəhs edilir.