Burak Özçivit mətbuata açıqlamasında bir yaşı oğlu barədə danışıb. Lent.az Türkiyə mətbuatına istinadla bildirir ki, aktyor “Kuruluş Osman” serialının finalından sonra oğlu və xanımı Fahriye Evcenlə birgə tətilə gedəcəklərini deyib: “Mən seriala çəkilirəm, Fahriye evdə onunla məşğuldur, mənim də onlara bir tətil borcum var”.
Burak Özçivit jurnalistin oğlu barədə - Karan dil açıb, bəs, ilk sözü nə oldu?-sualına “Təhlükəli sual verirsiniz” – desə də sonradan gülümsəyərək – ana-söylədi deyib.