Azərbaycanda film festivalı keçiriləcək
18 may 2020 16:47 (UTC +04:00)

Azərbaycanda film festivalı keçiriləcək

Oktyabrın 26-dan noyabrın 1-dək Azərbaycanda 4-cü Dokubaku Film Festivalı keçiriləcək.

Lent.az-ın məlumatına görə, Dokubaku dünyanın dörd tərəfindən dəyərli sənədli filmləri Azərbaycana gətirən ilk və yeganə müstəqil sənədli film festivalıdır. Festivalda iştirak üçün qeydiyyat artıq açıqdır. Müsabiqənin builki mövzusu “Dəyişiklik”dir.  

Xatırladaq ki, festival üçün sənədli filmi təqdim etməzdən öncə qaydalarla tanış olmağınızı rica edirik. DokuBaku BSFF müraciət zamanı sual yaranarsa, info@dokubaku.az vasitəsilə əlaqə saxlayasınız.

Filmlərin müraciəti üçün linkə keçid edə bilərsiniz: https://filmfreeway.com/dbidff

Filminizi təqdim etmək üçün ən son tarix 2020-ci il 15 iyuldur. Filmlərin siyahısı və rəsmi proqram 2020-ci il sentyabr ayında ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, yerli filmlərin festivala müraciəti ödənişsizdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3523
avatar

Oxşar yazılar