Rusiyanın Əməkdar artisti, aktyor Viktor Proskurin 68 yaşında vəfat edib.
APA-nın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə onun həyat yoldaşı İrina Xonda yazıb.
Aktyorun ölüm səbəbi hələ məlum deyil.
Qeyd edək ki, V.Proskurin Rasim Ocaqovun 1991-ci ildə çəkdiyi “Qətldən yeddi gün sonra” filmində Şurik rolunu canlandırıb.