“Qarabağ. İnsan. Qələbə.” tammetrajlı bədii film senari müsabiqəsi elan edilir.
Lent.az kulis.az-a istinadla xəbər verir ki, Qarabağ həqiqətlərinin beynəlxalq arenada səslənməsində kinematoqrafın oynaya biləcəyi müsbət rolu nəzərə alaraq, o cümlədən kinematoqrafiyamızda Qarabağ müharibəsinin yaşatdığı insan faciələrini tam dolğunluğu və realistik əksinin vacibliyini qeyd edərək, Azərbaycan Kinematoqrafçılar İttifaqı “Qarabağ. İnsan. Qələbə” tammetrajlı bədii film ssenarisi müsabiqəsi elan edir:
- Müsabiqəyə təqdim edilən ssenarinin janrındnan asılı olmayaraq, Qarabağ müharibəsini insan taleyi, onun draması və faciəsi prizmasından ifadəsi, həm yerli , həm də xarici tamaşaçıya maraqlı olması arzu olunandır.
- Müsabiqədə iştirak üçün tammetrajlı bədii filminin ssenarisi (elektron variantda CD diskdə və çap olunmuş variantda, şrift Courier New, ölçü 12), müəllif haqqında məlumatın (əlaqə telefonu və e-mail ünvanı) təqdim edilməsi tələb olunur. Ssenari 22 noyabr 2020-ci il tarixinə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının ofisinə təqdim edilməlidir.
Ünvan: Bakı şəhəri, Həsən Seyidbyli 18
- Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, orijinal və ekranlaşdırılmamış olmalıdı.
- Qaliblər diplom və pul mükafatı ilə təltif ediləcəklər.
- Baş mükafat 5000 AZN
- Həvəsləndirici mükafat (2 ssenari) 2500 AZN
Qalib ssenari istehsalı məqsədəuyğun layihə olaraq Mədəniyyət Nazirliyinə təqdim ediləcəkdir.
Əlavə məlumat üçün əlaqə: (012)5059533, mail: [email protected]