Özge Gürel və  Serkan Çayoğlu
01 oktyabr 2021 11:15 (UTC +04:00)

Özge Gürel və Serkan Çayoğlu

6 il birlikdə olan məşhur cütlük EVLƏNİR - FOTO

6 ildir birlikdə olan türkiyəli məşhur aktrisa Özge Gürel və həmkarı Serkan Çayoğlu evlilik yolunda ilk addımı atıblar.

Lent.az yerli KİV-ə istinadən məlumat verir ki, yolları 2015-ci ildə "Kiraz mevsimi" serialında kəsişən cütlük münasibətlərini rəsmiləşdirməyə hazırlaşır. İki ay əvvəl Amerikada etdikləri tətil zamanı Özge Gürelə sürpriz bir evlilik təklifi edən Serkan Çayoğlu, "bəli" cavabı ilə sevincli anlar yaşamışdı. Hazırda serial çəkilişləri ilə əlaqədar Kiprdə olan aktrisa layihə sona çatdıqdan sonra nişanlanacaq. Yaz aylarında toy masasında əyləşməyi planlaşdıran cütlük ailələri ilə birlikdə kiçik bir mərasim də təşkil ediblər.

Özge Gürelin barmağına taxdığı xüsusi dizaynlı brilliant üzüyün qiymətinin 370 min lirə olduğu deyilir.

# 3345
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar