50 cildlik küllliyatı olan yazıçının  pulu yoxdursa,   günah kimdədir?
01 dekabr 2022 12:04 (UTC +04:00)

50 cildlik küllliyatı olan yazıçının pulu yoxdursa, günah kimdədir?

Sosial şəbəkələrimiz bu gün də tanınmış yazıçı Əlisa Nicatı gündəmə gətirib. 

Bizdə belədir, sağlığında kor Fatma deyirik, öləndən sonra olur badamgözlümüz. İnsana yalnız itirincə dəyər veririk. Yox, 86 yaşlı Əlisa Nicat ölməyib, çox şükür, sənətkar sağ salamtdır. Amma unudulub, yaddan çıxıb. Nə anan var, nə necə yaşaması ilə maraqlanan.  

Dünən sosial şəbəkələrdə 100-dən çox kitab müəllifi olan, səmərəli elmi və elmi-maarif fəaliyyətinə görə Fəlsəfə elmləri üzrə Fəxri Doktor adı almış bu adamın evində  kasıblıqdan qaz yandıra bilmədiyini öyrəndik. Yayılan fotolarına baxınca kasıb yaşadığı  qiyafətindən bəlli olur.  

Azərbaycan tarixinə və ədəbiyyatına "Nağıllara dönən tarix", "Ruhların söhbəti", "Dünya sərkərdələri", "Dünya filosofları", "Kədər şərabı", "Dünya tarixçiləri", "Yüz böyük Azərbaycanlı", "Karvan", "Tarixin qürubu" kimi maraqlı tarixi əsərlər bəhs etmiş, bütün külliyyatı 50 cilddən ibarət olan bu adamın qədrini qiymətini bildikmi? Adam 27 elmi tarixi romanın müəllifidir. Yazıçılar İttifaqını qoyasan özü çalıb, özü oynaya. Niyə sahib durmur? Bir qurultaya 203 min pul xərcləyən bu təşkilat çox yox, 3 min manat versəydi, Əlisa Nicat özünü qışdan çıxarar, üstünü-başını düzəldər, qocalığında ehtiyacı azalardı. 

Onsuz da dünyadan istədiyi çox şey yoxdur. “Qızılbaşlar” kimi tariximiz ən obyektiv, ən gözəl bədii dillə təsvir etmiş möhtəşəm bir əsərin müəllifi qızılyığan məmurların buz divarlarının o tayında qalmazdı. 

Anlayıram, ölkədə ehtiyac içində yaşayan insanlar çoxdur, hər kəsi əhatə etmək olmaz, amma Əlisa Nicat bir milli dəyərdir. İttifaqın üzvüdür ya yox fərq etməz, dövlətin o boyda maliyyə ayırdığı bir təşkilat illərlə ömrünü bu xalqın tarixini araşdırmağa həsr etmiş, “Elm və həyat” kimi sanballı bir jurnalın keçmiş rəhbərini düşünməliydi. Ən az insanlıq naminə. 

Görünür Yazıçılar İttifaqının hörmətlisi olmaq üçün çoxlu-çoxlu samballı əsərlərinin olması əsas deyil, yekə-yekə qohumlarının, adamlarının olması şərtdir.

50 cildlik küllliyatı olan yazıçının pulu yoxdursa günah kimdədir? Özündə, yoxsa yaşam tərzimizdə?

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3702
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar