İstanbul Kültür Sanat Vakfı (İKSV) tərəfindən təşkil edilən 42-ci İstanbul Film Festivalı başa çatıb.
Lent.az-ın məlumatına görə, dünən gecə festival qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Beynəlxalq səviyyədə təşkil olunan bu festivalda müxtəlif ölkələrdən 59 film qalib adı uğrunda yarışa çıxarılıb.
Festivala azərbaycanlı rejissor Rasim Cəfərov da qısametrajlı filmlə qatılıb. Film mükafat qazanmayıb.
Festivalda İran, Yaponiya, Fransa və Tailand istehsalı olan 4 film müxtəlif nominasiyalarda ən çox mükafat qazanıb.