Ömrün daha bir ilini başa vururuq. Kimlər üçünsə bu son il oldu, ömrünü başa vurub, əbədiyyət yolçuluğuna çıxdı. 2022-ci ildə Azərbaycan mədəniyyəti kimləri itirdi?
Lent.az bu il itirdiyimiz sənətkarları yada salır.
2022-ci ilin may ayında Azərbaycanın Xalq artisti, aktyor Vaqif Əsədovla vidalaşdıq. Aktyor mayın 19-da 75 yaşında həyatını itirib.
Bu il fevral ayının 5-də Xalq artisti gözəl təsniflərin müəllifi, xanəndə Əlibaba Məmmədov 92 yaşında vəfat edib.
Əməkdar artist, aktyor Novruz Qartalla da bu il vidalaşdıq oldu. O ağır xəstəlikdən sonra 74 yaşında vəfat edib.
Xalq artisti Rüstəm İbrahimbəyov mart ayında 83 yaşında sıralarımızdan ayrılıb.
Mingəçevir Dövlət Dram Teatrı, Qazax teatrlarında baş rejissor, direktor və bədii rəhbər kimi çalışmış Xalq artisti Zülfüqar Abbasov 82 yaşında dünyadan köç edib.
Dədə Süleyman kimi daha çox tanınan Əməkdar artist Süleyman Abdullayevin də ömür yolu bu il başa çatıb.
Uzun illərdir Amerikada yaşayan, yaddaşlarımızda dəli qız Seda kimi yaşayan müğənni Firəngiz Rəhimbəyova 62 yaşında ani ölümü ilə bizləri kədərləndirib.
Səmimiyyəti, oxu tərzi və ekstaravaqant halları ilə tamaşaçı sevgisi qazanmış bəstəkar-müğənni Rəhim Rəhimlinin 45 yaşında anidən yayılan ölüm xəbəri isə hamımızı şoka salmışdı.
Onlar aramızdan getdilər, özlərindən sonra isə yaddaşlarda yaşayan, ürəkləri oxşayan gözəl əsərlər buraxdılar.
Hər birinə Allah rəhmət eləsin! Sevgiylə anırıq.