ABŞ-ın İllinoys ştatında yaşayan qadının bəxti gətirib.
Lent.az-ın xəbərinə görə, qadın cavan ikən 20 dollara aldığı tablonu evində yer tutduğu üçün satışa çıxarıb. Elə həngamə də bundan başlayıb.
Rəsmi qəbul edən mağaza bunu yoxlamaq qərarına gəlib. Sən demə lüzumsuz hesab edilən əsər məşhur rəssam Albrext Dürerin (1471-1528) orijinal əsəridir. Söhbət “Oturmuş Müqəədəs Məryəm ana və Uşağı gül dəstəsi ilə” adlı əsərdən gedir.
1506-cı ildə çəkilmiş rəsm hərracda 40 milyon dollara satılıb.
Qeyd edək ki, rəssamın oxşar əsəri bir neçə ay əvvəl 50 milyon dollara satılıb.