Cənubi Koreyanın paytaxtı Seul şəhərində yerləşən Leeum İncəsənət Mərkəzində bahalı sənət əsərini tamaşaçı yeyib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, italiyalı rəssam Maurisio Kattelanın “Komediyaçı” adlı əsəri 160 min dollar dəyərində qiymətləndirilib.
Əsər gümüşü rəngli yapşqan lentlə divara bərkidilmiş banandan ibarətdir. İzləyici bananın sənət əsəri olduğunu bilməyərək yeyib. Lakin cəzalanmayıb. Çünki muzey işçiləri bananı 2 gündən bir yeniləyirmiş.
Tələbə baş verənləri sorğulayan media işçilərinə “bananı yeməyimin özü də bir incəsənət aktı sayıla bilər” deyib.
İtaliyalı sənətkarın “Komediyaçı” əsərinin tamaşaçı tərəfindən yeyilməsi ilk dəfə baş vermir. 2019-cu ildə bu sənət əsərini məşhur gürcü aktyoru da yemişdi. Maraqlıdır ki, banandan ibarət əsərin qiyməti ildən-ilə yüksəlir.
Katellan bananla olan əl işini təqdim etdikdən sonra zarafatla dünyanın ən dadlı əsərini yaradan rəssam adını alıb. Ümumiyyətlə, 63 yaşlı rəssam qeyri- adi sənət nümunələri yaradan, fərqli ideyaları olan bir insandır. Haızrda Amerikada yaşayan Katellan bir dəfə divara yapışqan lentlə adam yapışdıraraq onu da sənət əsri kimi təqdim eləmişdi.