13 qadından məşhur aktyora  cinsi təcavüz   İTTİHAMI
12 aprel 2023 14:44 (UTC +04:00)

13 qadından məşhur aktyora cinsi təcavüz İTTİHAMI

74 yaşlı fransız aktyor Jerar Depardye cinsi təcavüzdə ittiham olunub.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, 13 qadın sənətçinin 2004-2022-ci illər ərzində törətdiyi təcavüz və zorlama epizodlarından danışıb. Bildirilir ki, hadisələr Depardyenin üzərində işlədiyi on bir filmin çəkilişlərində baş verib.

İddia olunur ki, üç aktrisa şikayət vermədən məhkəmədə ifadə verib. Digər sənətçilər baş verənlər haqqında anonim danışmağa və ya özləri üçün təxəllüs götürməyə üstünlük veriblər. Zərər çəkdiyi iddia edilənlərdən biri cinsi təcavüzün çəkiliş qrupunun gözü qarşısında baş verdiyini qeyd edib.

Sənətçinin vəkilləri də öz növbəsində təqib və zorlama iddialarını yalan adlandırıblar: “O (Jerard Depardye – red.) cinayət qanunvericiliyinə aid edilə biləcək bütün ittihamları rəsmən rədd edir”.

2021-ci ildə fransız aktrisa Şarlotta Arnold Jerar Depardyeni zorlamada ittiham edərək, sənətçinin 2018-ci ilin avqustunda ona hücum etdiyini deyib. Daha sonra aktyor Arnoldun sözlərini təkzib edib.

2022-ci ilin martında Paris məhkəməsi ciddi sübutların olması səbəbindən işin bağlanmayacağını bildirib. Depardye ilə bağlı istintaq hələ də davam edir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2715
avatar

Oxşar yazılar