“Mahmud və Məryəm” filminin Azərbaycan çəkilişləri başa çatdı –
01 avqust 2012 20:30 (UTC +04:00)

“Mahmud və Məryəm” filminin Azərbaycan çəkilişləri başa çatdı –

Yazıçı Elçinin romanı əsasında çəkilən, Azərbaycan və Türkiyənin birgə işi olan “Mahmud və Məryəm” tammetrajlı filminin ölkəmizdəki çəkilişləri başa çatıb. Lent.az-ın məlumatına görə, çəkiliş qrupu Bakını tərk etməyə hazırlaşır.

Bu münasibətlə qrup kiçik məclis təşkil edib. Azərbaycan və Türkiyə bayraqları sancılan tort kəsildikdən sonra filmin yaradıcı heyəti Azərbaycanda keçirdikləri günləri xoş xatirələrlə yada salıb. Məclisdə azərbaycanlı aktyorlardan Ziyadxan obrazını canlandıran Fəxrəddin Manafov, Mirza Şalman obrazını canlandıran Şamil Süleymanov da olub. Filmin prodüseri Sevda Kayğısız çəkilişlərdən məmnun qaldığını söyləyərək, yüksək qonaqpərvərliklə qarşılandıqlarını söyləyib. Havaların isti keçməsini baxmayaraq uğurlu iş təqdim edəcəklərini əminliklə ifadə edən prodüser bildirib ki, çəkilişlərin davamı Türkiyədə aparılacaq.

Çəkilişlər İçəri Şəhərdə yerləşən “Karvansaray”da aparılıb. Ssenariyə uyğun olaraq “Keşiş” və “Məryəm”ə aid bir neçə səhnənin çəkilişi başa çatıb. Çəkiliş heyəti Bakını bu gün tərk edəcək.

Aktyorlar 3 ay ərzində döyüş səhnələri, at minmə və qılıncdan istifadə etmə təlimi keçiblər. Film Azərbaycan və Türkiyənin bir sıra yerlərindən başqa, dekorasiyalar qurulan 8 000 kvadrat metrlik böyük bir yaylaqda çəkiləcək.

Qeyd edək ki, film bir çox vizual effekti əks etdirəcəyi üçün post-produksion mərhələsi də 3 ay davam edəcək. 2012-2013-cü ildə Azərbaycan, Türkiyə və 9 Avropa ölkəsində kinoteatrlarda, daha sonra televiziyada göstəriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1986

Oxşar yazılar

Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

9 iyul 2025 , 19:38
Elman Rəfiyev

Azərbaycanda teatr direktoru istefa verdi

9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

9 iyul 2025 , 12:21