Dünya şöhrətli aktyorun evində qız güllələnib
Lent.az-ın “La Tribune de Geneve” qəzetinə istinadən verdiyi məlumata görə, atəş səsi kino ulduzunun Cenevrədəki mənzilində iyunun 30-da təşkil olunmuş mərasim vaxtı eşidilib.
Tədbirdə Alen Delonun 17 yaşlı oğlu Alen Fabyen və daha 10 nəfər iştirak edib. Evdə kolleksiya kimi qorunan silahdan gecənin qonaqlarından biri atəş açıb. Alen Delonun oğlunun maraqlarını təmsil edən Alek Reymond mərasim vaxtı bədbəxt hadisənin baş verdiyini bildirib. Vəkilin sözlərinə görə, Alen Fabyen məhkəmədə ifadə verəcək.
Cenevrə polisindən isə yerli xəstəxanalardan birinə odlu silah yarası almış bir qadının gətirildiyi təsdiqlənib. Lakin hadisənin Alen Delonun evindəki mərasim vaxtı baş verib-vermədiyi və kinoulduzun oğlunun insidentə nə dərəcədə bağlılığı açıqlanmayıb.
Alen Delonun mətbuat xidməti isə aktyorun ifadə verməyəcəyini bildirib.

641