Azərbaycan pianoçusu: “Yüksək nəticə göstərəcəyimə inanıram”
Lent.az-ın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanı məşhur “Montreux Jazz Festival-2011”də təmsil edəcək istedadlı pianoçu Emil Əfrasiyaboğlu deyib. Pianoçu Montre Caz Festivalında iştiraka özü qərar verib və elə şəxsən özü də lazım olan sənədləri festival təşkilatçılarına göndərib: “Düşündüm ki, bu festivalda iştirak etməyim yaxşı olardı. Diskimi və bütün lazımi sənədlərimi göndərdim. Nəticələri biləndə çox sevindik. 660 pianoçudan cəmi 10 nəfər müsabiqədə iştirak hüququ qazanıb. 10 nəfərin içində Azərbaycan təmsilçisi olaraq mən də varam. İştirakçılar arasında Kuba, Kanada, Ermənistan, Rusiya, Polşa pianoçuları da var”.
E. Əfrasiyaboğlu deyib ki, festival iki mərhələdən - birinci yarımfinal və finaldan ibarətdir. Azərbaycanlı təmsilçi iyulun 6-da yarımfinal mərhələsində çıxış edəcək: “Hər şey yarımfinaldakı çıxışdan asılıdır. Final mərhələsi isə iyulun 7-də olacaq”.
İsfar Sarabskinin uğurunu təkrarlayıb - təkrarlamayacağına gəlincə, pianoçu buna çalışacağını deyib: “Biz Azərbaycan vətəndaşıyıq. İstər İsfar Sarabski olsun, istər başqa pianoçu, Azərbaycanı təmsil edirsə, tanıtdırırsa, bu, şəxsən onun qalibiyyəti deyil, Azərbaycanın qalibiyyətidir. Bildiyiniz kimi, İsfar Sarabski və Şahin Növrəsli bu müsabiqədə iştirak ediblər. Şahin Növərsli Avstriya iştirakçısı ilə ikinci, İsfar Sarabski isə Gürcüstan pianoçusu ilə birinci yeri bölüşdürüb. Hər halda mən də yüksək nəticə göstərəcəyimə inanıram”.
Xəyalə Muradlı

581