Azərbaycanlı balet ulduzu Praqa Opera Teatrının truppasına qəbul olunub
Lent.az-ın məlumatına görə, Ülvi Əzizov 2011-ci ilin iyunundan Dövlət Praqa Operasının truppasında işə başlayıb. Onun yeni truppada ilk baleti “Jizel” olacaq. Orada o, özünün ən sevimli Albert partiyasını oynanacaq. Onu da bildirək ki, Ülvi Əzizov Avropada çalışır və bir çox məşhur baletlərdə çıxış edən yeganə azərbaycanlı rəqqasdır.
Dövlət Praqa Operası Avropanın ən məşhur və ən gözəl teatrlardan biri hesab olunur. Burada müxtəlif truppalar uğurla çıxış edir. Teatr 1988-ci ildə inşa olunmuş köhnə alman teatrının binasında yerləşir. Praqa operası öz zəngin bədii ənənələri ilə məşhurdur. Bu teatrın səhnəsində Enriko Karuzo, Benyamino Cilyi, Gustav Maler, Georg Sell, Rixard Strauss kimi tanınmışlar çıxış ediblər. 2012-ci ilin yanvarında burada “Don Kixot” operasının premyerası gözlənilir.
Xəyalə Muradlı

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06