Bakıda Milli Azlıqların İncəsənəti III Respublika Festivalı keçiriləcək
13 iyun 2011 18:10 (UTC +04:00)

Bakıda Milli Azlıqların İncəsənəti III Respublika Festivalı keçiriləcək

Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq festival Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi, habelə xalqlar arasında qarşılıqlı anlaşma və tarixi dostluq münasibətlərinin möhkəmləndirilməsi məqsədi daşıyır.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, festivalın Təşkilat Komitəsi yaradılıb, nazirliyin müvafiq şöbələri tədbirin keçirilməsinə səfərbər olunub, festivalın emblemi, afişası, dəvətnamələri hazırlanıb. Lənkəran, Şəki, Astara, Masallı, Lerik, Balakən, Zaqatala, Qax, Qəbələ, Quba, Qusar, Saatlı, İsmayıllı, Şabran rayon mədəniyyət və turizm şöbələri tərəfindən azsaylı xalqların bədii kollektivlərinin Bakıya ezam edilməsi və festivalda iştirakı təmin olunub. Festival çərçivəsində iyunun 16-da Muzey Mərkəzində “Qloballaşma dövründə Azərbaycanda etnik mədəniyyət” mövzusunda dəyirmi masanın keçirilməsi, daha sonra 5 dildə “Azərbaycanda yaşayan xalqların mahnıları” CD diskinin hazırlanması nəzərdə tutulub. Festivalın yekun konserti iyunun 18-də Akademik Opera və Balet Teatrında keçiriləcək.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 606

Oxşar yazılar