Şərif Ağayar ilk romanını yazıb
Bir müddət öncə “Aftafalı Antrakt” kitabını təqdim edən istedadlı yazar Şərif Ağayar roman yazıb. Roman Qarabağın vaxtilə ermənilər tərəfindən işğal olunan və sonradan boşaldılan ərazilərində məskunlaşmış bir ailənin başına gələn qeyri-adi əhvalatlardan bəhs edir.
Şərif Ağayarın Lent.az-a verdiyi məlumata görə, roman şərti olaraq “Harami” adlanır. Çağdaş roman prinsiplərinə uyğun olaraq, işlənən əsərdə Azərbaycan və dünya ədəbiyyatındakı igidlik, qoçaqlıq və mərdlik kimi mövzulara yeni bir baxış var. Romanda tərəkəmə həyatı, detektiv xətt, ailə münasibətləri, bəzi erotik məqamlar öz əksini tapıb.
Əsərin qəhrəmanı mövcud qanunlardan, müasir cəmiyyətimizdəki adət-ənənələrdən qaçaraq özünü rahat hesab etdiyi, özünün yaratdığı dünyada yaşamaq istəyir. O, igidliyinin və qoçaqlığının hesabına özünün ədalətli saydığı bir cəmiyyət qurmağa çalışır. Amma buna nail ola bilirmi? Roman boyu bu sual ətrafında çoxsaylı hadisələr təsvir edilir. Qəhrəmanın ziddiyyətli xarakteri onun tragikomik, daha çox da dramatik-faciəvi situasiyalarda qalmasına səbəb olur. O, öz torpaqlarında olmayan və buna görə yaşadığı dünyada harmoniyasını tapa bilməyən igid bir adamdır. Əsərin qəhrəmanı orta əsr Azərbaycan igidliyinin simvoludur.
Roman həyat reallıqları əsasında ərsəyə gəlib, prototiplərinin də çoxu həyatdan götürülüb. Müəllif hesab edir ki, bu səpkili roman Azərbaycan ədəbiyyatında hələ yazılmayıb. “Harami”nin ilinin sonuna qədər məşhur nəşriyyatların birində çap olunması gözlənilir. Şərif Ağayar ilk romanının oxucular tərəfindən maraqla qarşılanacağına inanır.
Xatırladaq ki, Şərif Ağayarın çap olunan son kitabı “Aftafalı Antrakt” olub. Bu, müəllifin sayca üçüncü kitabıdır. Bundan öncə yazarın “Səhra məsnəvisi” (şeirlər) və “Kərpickəsən kişinin dastanı” (povest) kitabları işıq üzü görüb.
Xəyalə Muradlı

704