“Şuşanın dağları” ansamblı İtaliyada konsert verib
Tədbirə dəstək verən Azərbaycanın İtaliyadakı səfirliyindən Lent.az-a bildirilib ki, 1992-ci ildə Şuşa şəhərinin işğalından sonra məcburi köçkün həyatı yaşayan Şuşa Uşaq Musiqi məktəbinin şagirdlərindən yaradılmış bu ansamblın İtaliyadakı konserti 1 iyun - Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi Gününə həsr edilib.
İyunun 7-də həmin ansamblın konserti Milan şəhərində də təşkil edilib. Konsertdən əvvəl Dağlıq Qarabağın Azərbaycan icmasının Əlaqələndirmə Şurasının katibi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin xarici əlaqələr üzrə prorektoru Mehdi Abdullayev Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və münaqişə zamanı uşaqların pozulmuş hüquqları haqqında çıxış edib. Daha sonra İtaliyanın “Dünya Gəncləri Assosiasiyası” təşkilatının katibi Marina Sessa uşaq hüquqlarının müdafiəsi problemləri və bu sahədə mövcud olan beynəlxalq hüquq normalarının tətbiqi haqqında söhbət açıb.
Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov qonaqları salamlayaraq, “Şuşanın dağları” ansamblının üzvlərini təqdim edib və Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişənin ağır nəticələrindən danışaraq ondan ən çox qaçqın və köçkün uşaqlarının əziyyət çəkdiyini vurğulayıb.
Konsert zamanı gənc musiqiçilər qonaqlar qarşısında Azərbaycan xalq musiqisi nümunələrini ifa ediblər. Konsertdən sonra münaqişənin qurbanları olmuş qaçqın və köçkünlərin həyatına həsr edilmiş foto-sərgi təşkil edilib, iştirakçılara ölkəmizin Dağlıq Qarabağ bölgəsi haqqında müxtəlif materiallar təqdim olunub.

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06