“Yarımçıq gündəlik” - FOTO
Lent.az-ın məlumatına görə, sənədli film F.Əsədovun özünün yazdığı gündəlik əsasında çəkilib. Təqdimat mərasimində çıxış edən şəhidin atası Qərib Əsədov və anası Solmaz Abdullayeva övladlarının uşaqlıq və gənclik illərindən danışıb, Fuadın ali təhsilini yarımçıq qoyaraq vətən torpaqlarını düşmən işğalından qorumaq üçün Cəbrayıla qayıtdığını bildiriblər.
Tədbirdə döyüş yoldaşları da F.Əsədovla bağlı xatirələrini bölüşüblər və onun gənc yaşda böyük fədakarlıq və qəhrəmanlıqlar göstərdiyini vurğulayıblar.
Sənədli filmin rejissoru və ssenari müəllifi Rafiq Həşimovun çıxışından sonra “Yarımçıq günlər” sənədli filmi nümayiş etdirilib.
Ramiz MİKAYILOĞLU

696