8 yaşlı azərbaycanlı qız beynəlxalq musiqi müsabiqəsində qalib gəlib
İnformasiya Kommunikasiya Texnologiyalarının İnformasiya Mərkəzindən APA-ya verilən məlumata görə, Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət gimnaziyasının şagirdi Z. Abdullayeva fortepianoda ifa üzrə öz yaş kateqoriyasında “ən yaxşı” seçilib.
Baxın “Kiçik Prelüdiya”, Şopenin “Mazurka”, Klementin “Sonatina” kimi musiqi əsərlərini ifa edən Z.Abdullayeva öz rəqiblərini arxada qoyub. Qeyd olunub ki, Z. Abdullayeva 100 mümkün baldan 96-nı yığmaqla Avropanın musiqi arenasında Azərbaycanın imicini dəstəkləməyə imkan verib. Bu qalibiyyət sayəsində Z.Abdullayeva, həmçinin Pyetro Arcento adına təqaüdə də layiq görülüb.
Z.Abdullayeva deyib ki, bu qalibiyyət İncəsənət Gimnaziyasında fortepiano sənətini öyrənməyə ona yardım edən musiqi müəlliməsi Nigar Nəcəfzadənin səyləri sayəsində mümkün olub.
Beynəlxalq müsabiqədə İtaliya, Almaniya, Cənubi Koreya, Niderland, Türkiyə, Polşa, Sloveniya və s. ölkələrin təmsilçiləri iştirak edib.

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06