Elçin Həmidovun xatirəsinə tamaşa göstəriləcək
Bununla əlaqədar olaraq, həmin gün Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyorun xatirəsinə ithaf olunmuş “Hərənin öz ulduzu” (S.Ələsgərov, İ.Məlikzadə) tamaşası nümayiş etdiriləcək. Bu barədə Lent.az-a teatrın mətbuat xidmətindən bildiriblər. Mərhum aktyor uzun illər bu tamaşada Nəzir obrazını ifa edib. Tamaşadan öncə teatrın ədəbi hissə müdiri, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə çıxış edərək, Elçin Həmidovun yaradıcılığı ilə bağlı tamaşaçılara məlumat verəcək.
Daha sonra tamaşa nümayiş olunacaq.
Teatr kollektivi Elçin Həmidovun xatirəsinə hörmət əlaməti olaraq, iyun ayının 29-da aktyorun bu sevimli tamaşası ilə mövsümü yekunlaşdıracaq. Tamaşa Azərbaycan Dəniz Gəmiçiliyi İdarəsinin Mədəniyyət Evində təqdim olunacaq.
Xatırladaq ki, Elçin Həmidov 1958-ci ildə anadan olub. 1981-ci ildə İncəsənət İnstitutunun Dram-kino aktyoru fakültəsini bitirib. 1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist-vokalist kimi fəaliyyət göstərmiş Elçin Həmidov istedadı və məharətli aktyorluq bacarığı sayəsində az vaxt ərzində kollektivdə böyük hörmət qazanıb, klassik və müasir Azərbaycan bəstəkarlarının əsərlərində özünəməxsus maraqlı obrazlar yaradıb. O, “Boşanaq, evlənərik”də İkram, “Qarğa, məndə qoz var”da Zərzibonskaya, “Qızıl gül”də Azay, “Beş manatlıq gəlin”də Nadir, “Özümüz bilərik”də Miriş, “Subaylarınızdan görəsiniz”də Mayıl, “Hərənin öz ulduzu”nda Nəzir, “Nəğməli Könül”də Mustafa, “Səhnədə məhəbbət”də ofisiant, «O olmasın, bu olsunda Rza bəy, “Talelər qovuşanda”da Potuş rollarını ifa edib. N.V.Qoqolun “Evlənmə” tamaşasındakı Yaiçnitsa obrazı mərhum aktyorun səhnədə son rolu olub. Aktyor mart ayının 5-də vəfat edib.
Xəyalə Muradlı

721