Hamlet İsaxanlı MKM-də verdiyi balları açıqladı
06 iyun 2011 17:14 (UTC +04:00)

Hamlet İsaxanlı MKM-də verdiyi balları açıqladı

Nəticələri açıqlandıqdan sonra ətrafında ciddi qalmaqal yaranan Milli Kitab Mükafatının münsiflər heyətində təmsil olunan Xəzər Universitetinin rektoru Hamlat İsaxanlı Lent.az-a müsabiqədə yarışan əsərlərə verdiyi balları açıqlayıb.

Əsərlərin hamısını oxuduğunu bildirən H.İsaxanlı bildirib ki, onun yüksək bal verdiyi əsərlərdən mükafat alanı da var, aşağı yer tutanı da.

Müsabiqənin təşkilatçısı Nigar Köçərliyə münsiflərin ballarını açıq şəkildə elan etməyin daha doğru olduğunu söylədiyini deyən H.İsaxanlı bildirib ki, onluqdakı iki əsərə maksimum – 10 bal verib. Bunlar Məqsəd Nurun “Şəhər meri” romanı və Mirmehdi Ağaoğlunun “Küləyən dişləyən” hekayəsidir. O, hər iki əsərə 10 bal verib.

Azər Abdullanın “Sarı tağ” romanı isə 8 bala layiq görülüb.

H.İsaxanlı Nəriman Əbdürrəhmanlının “Yolsuz” romanına isə 7 bal verib.

Rektor-münsif müsabiqənin qalibi seçilən Pərviz Cəbrayılın “Yad Dildə” əsərini isə 6 balla qiymətləndirib. O bildirib ki, “Yad dildə”nin həddən artıq simvolika üzərində yazılması onu ədəbi yöndən çətinləşdirib. Bu baxımdan da bu əsərə qismən az bal verib.

Anar GƏRAYLI
# 468

Oxşar yazılar