Mehriban Əliyeva Venesiyada Azərbaycan pavilyonunun açılışında
Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, iyunun 1-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Venesiya Biennalesində Azərbaycan pavilyonunun rəsmi açılış mərasimində iştirak edib.
Dünyanın ən nüfuzlu və mötəbər sərgilərindən biri olan bu sərgi noyabr ayına qədər davam edəcək. Sərgidə 100-dək ölkə öz pavilyonları ilə iştirak edəcək. Azərbaycan artıq üçüncü dəfədir ki, Venesiya Biennalesinə qatılır. 54-cü Venesiya Biennalesində Azərbaycan pavilyonu şəhərin ən izdihamlı məkanlarının birində, məşhur Realto körpüsü yaxınlığındakı Qrand kanalın üzərində qərarlaşan və 15-ci əsrdə ucaldılan Benzon sarayında (Palazzo Benzonda) yerləşir.
Bu il Azərbaycan pavilyonu “Relational of Baku” devizi altında çıxış edir. Bu, “Bakıya məxsus” kimi izah olunur.
Azərbaycanı Biennaledə altı rəssam - Altay Sadıqzadə, Mikayıl Əbdürrəhmanov, Aydan Salahova, Zeyqəm Əzizov, Xanlar Qasımov və Ağa Hüseynov təmsil edir.

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06