Bakı Uşaq Teatrı Türkiyə tamaşaçılarını heyrətləndirdi
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, festival çərçivəsində səhnə alan Bakı Uşaq Teatrı “Turp” nağılının motivləri əsasında hazırlanan “Gücümüz birliyimizdədir” tamaşası ilə çıxış edib. Səhnəyə çıxan aktyorlarımız ilk olaraq “Qardaş ölkə Azərbaycandan sizə salam gətirmişik”, - deyərək tamaşaçıları salamlayıblar. Onların bu münasibəti dəvətlilər tərəfindən xeyli alqışlanıb.
Türkiyə mətbuatı yazır ki, Ərzuruma gəlməyi artıq bir adətə çevirən və qısa müddətdə teatrsevərlərin qəlbində taxt quran Bakı Uşaq Teatrının tamaşası böyük alqış qazanıb: “Tamaşa Dövlət Teatrı salonunu dolduran dəvətliləri, xüsusilə də balacaları qəhqəhəyə boğdu. Tamaşaçılar azəri aktyorları uzun müddət alqışladılar…”
Festival çərçivəsində Bakı Uşaq Teatrının direktoru və bədii rəhbəri İntiqam Soltana mükafat təqdim edilib. İntiqam Soltan isə öz növbəsində Ərzuruma gəlməkdən məmnun olduqlarını və Azərbaycanla Türkiyə arasında mədəniyyət dialoqlarının davam etməsindən qürur duyduğunu bildirib.

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06