Sadıq Zərbəliyevin 60 illik yubileyi qeyd olundu –
Lent.az-ın məlumatına görə, Beynəlxalq Muğam Mərkəzinin foyesində Musiqi Mədəniyyəti Dövlət Muzeyinin hazırladığı sənətkarın həyat və yaradıcılığına həsr olunan sərgi nümayiş etdirilib.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə ifaçının sənət dostları, tanınmış musiqiçilər iştirak ediblər. Tədbir Sadıq Zərbəliyevin ifasının və təbriklərin yer aldığı 15 dəqiqəlik video-çarxın nümayişi ilə başlayıb. Tədbirdə iştirak edə bilməyən SSRİ xalq artisti Zeynəb Xanlarova video materialda musiqiçinin yubileyini təbrik edib və Sadıq Zərbəliyevin uzun illər onun ansamblında fəaliyyət göstərdiyini bildirib. Z.Xanlarova S.Zərbəliyevin onun ansamblında tanındığını, daha da peşəkarlaşdığını vurğulayıb və yubilyara Heydər Əliyev tərəfindən xalq artisti fəxri adı verildiyini xatırladıb.
Tədbirdə çıxış edənlər Sadıq Zərbəliyevin anadan olmasının 60 illiyi münasibətilə yubilyarı təbrik edib, onun həyat və yaradıcılığına nəzər salıblar. Yubiley tədbiri təbrik çıxışları və incəsənət xadimlərinin musiqi ifaları ilə yadda qalıb.
Sadıq Zərbəliyev tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib və onun üçün bu cür yubiley tədbirinin təşkilindən şərəf duyduğunu deyib.
Sonda nağara ustası bir sıra musiqi nömrələri səsləndirib.
Xəyalə Muradlı

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06