Əyyub Quliyev Sankt-Peterburq Dövlət Filarmoniyasının səhnəsində
Konsertdə A.Toskanini adına dirijorların IX beynəlxalq müsabiqəsinin qalibi, azərbaycanlı dirijor Əyyub Quliyevin rəhbərliyi ilə Sankt-Peterburq Filarmoniyasının Akademik simfonik orkestri çıxış edib.
Əyyub Quliyev Lent.az-a bildirib ki, orkestrin ifasında dünya musiqi şedevrləri səslənib. Solistlər Kraliça Yelizaveta adına beynəlxalq müsabiqəsinin laureatı Denis Kojuxin və Vokalçıların beynəlxalq “Leyla Qeyser” müsabiqəsinin laureatı Anna Lapkovskaya olub. Konsert Sankt-Peterburq musiqisevərləri arasında böyük maraqla qarşılanıb. Belə ki, konsertdən iki gün əvvəl təşkilatçılar əlavə yerlərə bilet satışını elan edib və 2 saat ərzində həmin biletlər satılıb qurtarıb.
Əyyub Quliyev qeyd edib ki, konsertdən əvvəl Sankt-Peterburqun “Avropa” otelində “Musiqi Olimpi” festivalının təşkilatçıları və iştirakçılarının mətbuat konfransı keçirilib. Konfransda “Musiqi Olimpi” Fondunun prezidenti İrina Nikitina, Sankt-Peterburq Kinematoqrafiya İttifaqının idarə heyətinin sədri Dmitriy Mesxiev və Əyyub Quliyev da iştirak edib. Mətbuat konfransından sonra festival iştirakçıları N.A. Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının tələbələri ilə görüşə dəvət olunublar.
Xəyalə

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06