“Təbəssüm” rəqs qrupu Ukraynada xüsusi diploma layiq görüldü
“Vitaminlər” rəqs qrupunun təşkilatçılığı ilə həyata keçirilən festivalda ölkəmizi Azərbaycan Dövlət Musiqili Komediya Teatrının nəzdində fəaliyyət göstərən Yaradıcılıq studiyasının “Təbəssüm” rəqs qrupu təmsil edib.
Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, layihə Ukrayna Mədəniyyət Nazirliyinin dəstəyi ilə şəhər merinin rəsmi tədbirləri silsiləsinə, eyni zamanda Kiyev günləri proqramına daxil edilib. Beş xarici ölkənin iştirak etdiyi festivalın açılışı İvan Franko adına Dram teatrında baş tutub. Balaca artistlər, həmçinin Kiyev şəhərində keçirilən “Paytaxt günləri” tədbirlərinə də qatılaraq Azərbaycan milli rəqslərini ifa ediblər.
İstedadlı rəqqaslarımız bu mötəbər festivalda Ukrayna Mədəniyyət Nazirliyinin, Kiyev şəhər merinin və Xoreoqrafiya Birliyinin xüsusi diplomlarına layiq görülüblər.
Xəyalə

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06