
“Onun ürəyi” filmi təqdim olunacaq - FOTO
Teatr Xadimləri İttifaqının tamaşa zalında “Onun ürəyi” bədii-musiqili filminin yaradıcı heyəti uşaqlarla görüşəcək. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, tədbir təkcə filmin nümayişi ilə məhdudlaşmayacaq, təşkilatçılar uşaqlar üçün bir neçə sürpriz hazırlayıb. Kinomuzda uzun illər müraciət olunmayan müzikl janrında çəkilən filmə Samir Kərimoğlu quruluş verib. Filmin bəstəkarı Vüqar Camalzadə, operatoru Nadir Mehdiyevdir. Kompüter qrafikasından bolluca istifadə olunan nağıl filmində baş rolları Murad Abdullayev, Aysel İbrahimova və Aygün Rəhimova ifa ediblər.
Xəyalə
Xəyalə
Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06