Azərbaycanda iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil ediləcək
Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən APA-ya verilən məlumata görə, fərmanda 2011-ci il 7-9 aprel tarixlərində Azərbaycanda 102 dövlətin və 10-dan artıq beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun müxtəlif mədəniyyətlər arasında əməkdaşlıq üçün qlobal platforma olmasını və Azərbaycan xalqının tolerant mədəniyyətinin, tarixi ənənələrinin beynəlxalq aləmə tanıdılmasında rolunu nəzərə alaraq forumun hər iki ildə bir keçirilməsi və təşkilində əlaqələndirici orqan kimi Mədəniyyət və Turizm Nazirliyinin müəyyən edilməsi qərara alınıb. Fərmanda Forumun əsas məqsədi kimi mədəniyyətlərarası dialoqun müxtəliflik və plüralizmlə səciyyələnən müasir cəmiyyətlərdə ayrı-ayrı aspektlərinin nəzərdən keçirilməsi və yerli, regional və qlobal səviyyələrdə gücləndirilməsinin təşviq edilməsi göstərilib.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə “Ümumi dəyərlərə qovuşaq, müxtəlif mədəniyyətlərlə zənginləşək” devizi altında keçirilən Forumda 20 dövlətin mədəniyyət nazirləri, bir neçə ölkənin nazir müavinləri, aparıcı beynəlxalq təşkilatlar, o cümlədən İSESCO-nun baş direktoru, UNESCO-nun baş direktorunun müavini, Avropa Şurası Parlament Assambleyasının sədri, bir sıra dünya şəhərlərinin merləri, görkəmli mədəniyyət xadimlərinin, alimlərin və mütəxəssislər də daxil olmaqla 500 nəfərə yaxın nüfuzlu nümayəndə iştirak edib.

619