Milli Kulturoloji Mükafat qaliblərini tapdı
Lent.az-ın məlumatına görə, tədbirdə kitabxana.net saytının təqdimatı və Milli Kulturoloji Mükafat qaliblərinin mükafatlandırması da olub.
Tədbirdə Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq Aydın Xan bildirib ki, “Yeni virtual oxu mədəniyyətinə yiyələnək!” devizi altında keçirilən builki kitab bayramı Azərbaycan Xalq Cümhuriyyətinin 93, Dövlət müstəqilliyimizin 20, xalq yazıçısı Mirzə İbrahimovun 100 illiyinə həsr olunub.
M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov, yazıçı Elçin Hüseynbəyli də belə bir tədbirin keçirilməsini yüksək qiymətləndiriblər.
Daha sonra Milli Kulturoloji mükafat qaliblərinin adları açıqlanıb. Qeyd edək ki, XI Bakı Kitab Bayramı - Milli Kulturoloji Mükafat Komissiyası üzvlərinin son toplantısında müsabiqəyə təqdim olunmuş 250-dən artıq ədəbi-mədəni və kitab-nəşr layihələrindən 33-ü uğurlu sayılaraq mükafatlandırılması qərara alınıb. Eyni zamanda kitab nəşri və yayımıyla bağlı bir sıra uğurlu işlər görmüş nəşriyyat, qurum, yazarlar, İnternet portalı diplomlara layiq görülüb.
“2010-cu ilin İncəsənət kitabı” nominasiyasında milli sənətimizin tədqiqatçısı, dosent Vidadi Muradovun Azərbaycan, rus və ingiliscə buraxdığı “Azərbaycan xalçaları: Qarabağ qrupu” albom-tədqiqatı qalib gəlib. Kitab Heydər Əliyev Fondunun dəstəyi ilə, “Azər-İlmə” MMC tərəfindən nəfis şəkildə çap edildiyinə, “Azərbaycan xalçaları: bütün məktəbləri” kulturoloji layihəsi ilə ölkəmizdə və beynəlxalq aləmdə milli xalçaçılıq sənəti barədə dəyərli tədqiqata, yüksək poliqrafik keyfiyyətdə nəşrinə, incəsənət ədəbiyyatı sahəsini zənginləşdirdiyinə görə Milli Kulturoloji Mükafata layiq görülüb. Mükafat redaksiya heyəti adından Elçin Əlibəyliyə təqdim olunub.
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi “2010-cu ilin Mədəniyyət Qurumu”, Solmaz Amanovanın “Gəncə xəzinəsi” və “Xurcun” kitabları “2010-cu ilin uşaq kitabı”, İsa Həbibbəylinin “Cəlil Məmmədquluzadə mühiti və müasirləri” elmi-monoqrafik əsəri “2010-cu ilin elmi kitabı”, millət vəkili Qənirə Paşayevanın üçcildlik “Tarixə adını yazan qadınlar” elmi-kütləvi kitabı “2010-cu ilin tarixi-publisistik kitabı”, Şövkət Zərin Horovlunun “Arazdan gələn səs” əsəri “2010-cu ilin bədii romanı”, Gülşən Behbudlu “Qarabağın qarabəxtliləri” kitabına görə “2010-cu ilin qadın yazarı”, Müşfiq Xanın “Tənha canavar” bədii-detektiv romanı “2010-cu ilin detektiv kitabı”, Zərifənin “Ülviyyət yuvası” poetik toplusu “2010-cu ilin şeirlər kitabı”, Nailə İbrahimovanın “Ürəklə söhbət” poetik toplusu “2010-cu ilin ədəbi uğuru”, M.F.Axundov adına Milli Kitabxana “2010-cu ilin kitabxanasi” nominasiyasında mükafat qazanıb.
Mərasimdə “Turizm ili”nə həsr olunmuş ekspozisiya, www.kitabxana.net Milli Virtual - elektron kitabxanaya həsr olunmuş xüsusi təqdimat, uşaq ədəbiyyatına, gənc yazarların kitablarına, elektron nəşrlərə, Qarabağa və başqa mövzulara aid xüsusi güşələr də yer alıb.
Xəyalə

676