Fərda Xudaverdiyev sözünə əməl etdi –
Dünən Heydər Əliyev Sarayında Azərbaycan üçün ilk sayılacaq yeni bir layihəyə imza atıldı. Tanınmış yumorist Fərda Xudaverdiyevin ifasında... Tamaşaçıların yaxşı tanıdığı və sevdiyi Fərda “stand up” şou formatında “Tək səbir” adlı birinci solo konsertini verdi. Yumorist konsertin əvvəlindən sonuna qədər tək-tənha səhnədə olub zalda əyləşənlərə gülüş bəxş etdi.
Lent.az-ın məlumatına görə, Heydər Əliyev Sarayının təşkilatçılığı ilə baş tutan konsertdə səhnəyə ilk olaraq aparıcı Həsən çıxdı. Qısa çıxışında bir neçə yumoristik ifadə işlədən Həsən səhnəyə gecənin səbəbkarını dəvət etdi. Fərda səhnəyə Azərbaycana “Eurovision” müsabiqəsində qələbə qazandıran “Running scared” mahnısının sədaları altında çıxdı. Yumorist elə ilk dəqiqələrdən səhnəni ələ ala bildi. Hələ də yerinə əyləşməyən xanım tamaşaçıya müraciət edərək zarafat etdi. Elə bu birinci zarafatından da başlayaraq, sona qədər Fərda ara-sıra tamaşaçılarla ünsiyyət qurdu.
Xudaverdiyev ilk monoloquna özünün də bu yaxınlarda keçirdiyi yol qəzası ilə başladı. Başımıza gələn hansısa hal-qəziyyəni “bu da bir çıxacaqdı, çıxdı” sözləri ilə əlaqələndirməyi lağa qoyaraq, monoloquna belə bir yekun vurdu: “Görəndə ki, maşına 11 minlik xərc çəkməlisən, onda bunun nəyi çıxacaqdı, bu, artıq girəcəkdi”.
Daha sonra uşaqlıq, əsgərlik illərindən danışdı. Xarici ölkələrdə bəzi azərbaycanlıların özlərini aparmaq mədəniyyətinə toxundu. Varlanmaq üçün falçılara inanıb onlara üz tutmağımızı tənqid etdi. Kənd həyatının gözəlliyini vəsf edib aşırı qonaqpərvərlikdən irəli gələn narahatlığından söz açdı. Qonağın başının altına qoyulan hündür yastığı, yorğan-döşəyi maraqlı və komik şəkildə misal göstərərək. Fərda “Ginnesin rekordlar kitabı”na düşəcək “xüsusiyyətlərimizi” də yumorla göstərdi.
Daha sonra xəstələnəndə ilk iş olaraq bankalanmağı, bu sahədə heç bir biliyi olmayan məsələn, tikintidə işləyən fəhlənin hansısa dərmanı məsləhət görməyini, “gözəl həkimdi”, “savadlı həkimdi” ifadələrini gülüş hədəfinə çevirdi. Monoloqunun bir hissəsini isə qəribə adətlərimizə, üzərlik, maşına tikan, göz muncuğu, seyidlərin şəklini qoymaq kimi müxtəlif inanclara həsr etdi. Sonda isə o, Azərbaycan toylarından, ordakı çeşid-çeşid yeməklərdən, rəqslərdən, sərxoş kişilərdən danışdı. Fərdanın öz timsalında səhnəyə gətirdiyi bütün mövzular əslində hər Azərbaycan ailəsində baş verən, yaşanan hadisələrdi. O səhnəcikləri izlədikcə hər birimiz özümüzə, ailə üzvlərimizə xas olan hansısa xüsusiyyətləri görə bildik.
Səhnədə qeyri-adi, gözə gəlimli heç bir dekorasiyadan demək olar ki, istifadə olunmamışdı. Bircə divan və kiçik masadan başqa.
Konsertin əvvəlindən sonuna qədər Fərda səhnədə tək çıxış etdi. Arada yumoristin üç musiqili qonağı - Sevda Yəhyayeva, Namiq Qaraçuxurlu və meyxanaçı Vüqar da səhnəyə gəlib Fərdanı mahnı ilə təbrik etdilər. Zalda sənət yoldaşlarına dəstək olmaq məqsədilə əyləşənlər sırasında isə Fərdanın həmkarlarından Elməddin Cəfərov, Müşfiq Şahverdiyev, Ramiz Hüseynzadə, müğənnilərdən İzzət Bağırov vэ Elton Hüseynəliyev də vardı. Heydər Əliyev Sarayının təşkil etdiyi konsertin ssenarisi Fərda Xudaverdiyevin özünə məxsusdur. Konsertin informasiya dəstəyi isə Lent.az-dır.
“Stand up” şou formatında ilk konsertin müəllifi olan Fərdanın “Tək səbir”i tamaşaçıların böyük marağına səbəb oldu. Yumoristin bütün monoloqları gülüşlə və alqışla qarşılandı.
Konsertin əvvəlində mikrofonda kiçik bir problem yaransa da, həyəcanlı olduğundan ssenaridə bəzi məqamları unutsa da, tamaşaçıların darıxa biləcəyindən narahat olduğunu sezdirsə də, Fərda bu məsuliyyətli işin öhdəsindən layiqincə gələ bildi. Əvvəlcədən verdiyi sözün üstündə durub tamaşaçıları ürəkdən güldürdü. Düzdür, zal tam dolmamışdı və boş yerlər gözə dəyirdi. Amma nəzərə alsaq ki, “stand up” şou formatına Azərbaycanda ilk dəfədir müraciət olunur, bu göstərici birinci layihə üçün olduqca uğurlu nəticə sayıla bilər. Heydər Əliyev Sarayı bu gəncin istedadına güvənib belə bir səhnəni təmənnasız Fərdanın üzünə açdı, Fərda isə öz növbəsində bu etimadı doğrultdu. Hər halda Heydər Əliyev Sarayı neçə belə ilklər görüb. Neçə belə birinci konsertlərdə tam dolmayan zalların şahidi olub. Amma sarayın təcrübəsində növbəti konsertlərin anşlaqla keçməsi, hətta bir neçə gün davam etməsi də var. Yəqin Fərda Xudaverdiyevin ikinci konserti məhz belələrindən biri olacaq.
Xəyalə Muradlı

1562