“Buratino” Azərbaycan səhnəsində
Studiyanın üzvləri tərəfindən ilk dəfə olaraq məşhur “Buratino” (Aleksey Tolstoy, Aleksey Rıbnikov) tamaşası Azərbaycan dilində nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əsəri Azərbaycan dilinə Nicat Kazımov tərcümə edib. Tamaşada əsas rollarda studiyanın balaca aktyorları Kənan Eyvazov, Fidan Axundova, Cavid Babayev, Qulam Rza Rəngamiz, Zaur Səmədov, Cəvahir Hüseynova, Seyran Dadaşov, Ədilə Cəfərova, Rüstəm Haciyev oynayacaq. Bu, onların debüt tamaşaları olacaq. Uşaqlarla yanaşı, teatrın gənc aktyorları Fərid Rzayev, Xəyalə Fərəcova da onlarla eyni səhnəni bölüşəcəklər.
Tamaşanın quruluşçu rejissorları Mehman Cəfərov və Elməddin Dadaşovdur. İlk tamaşaya şəhərdəki uşaq evlərində tərbiyə alan balacaların da dəvət edilməsi nəzərdə tutulur. Tədbir iyun ayının 1-də saat 12:00-da teatrın müvəqqəti yerləşdiyi Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin Mədəniyyət evində keçiriləcək.
Xəyalə

Oxşar yazılar

İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23
Yuxunuzu qaçıracaq 5 QORXULU film - VİDEO
24 iyun 2025 , 15:55