İlyas Əfəndiyev anılıb
Lent.az-ın məlumatına görə, tədbir İlyas Əfəndiyev adına Elitar Gimnaziyada baş tutub. Tədbirin təşkilatçısı gimnaziya, rejissoru Loğman Kərimovdur. İlyas Əfəndiyevin xatirəsinə həsr olunmuş tədbirə nəvəsi, xalq yazıçısı Elçin Əfəndiyevin qızı Günay Əfəndiyeva, eləcə də nəticəsi Aysu Əfəndiyeva da iştirak edib.
Xatirə tədbirini Elitar Gimnaziyanın direktoru Sevda Quliyeva İlyas Əfəndiyev yaradıcılığından söz açıb və onun Azərbaycan ədəbiyyatındakı müstəsna xidmətlərindən danışıb. Daha sonra xalq artistləri Mərahim Fərzəlibəyov, İlham Əsgərov, əməkdar artist Əjdər Həmidov, Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri Atababa Hacıbababəyov, Mədəniyyət və Turizm Nazirliyindən Vaqif Bəhmənli və başqaları İlyas Əfəndiyev yaradıcılığına nəzər salıblar.
Gecədə Akademik Milli Dram Teatrının aktyorlarının ifasında İlyas Əfəndiyevin “Hökmdar və qızı” tamaşası da nümayiş etdirilib. Eyni zamanda Elitar Gimnaziyanın şagirdlərinin ifasında İlyas Əfəndiyevə həsr olunmuş şeirlər səslənib. Şeirlər Günay Əfəndiyevanın müəllifi olduğu “Şeirə sığmayan ömür” kitabında yer alıb.
Xəyalə

Oxşar yazılar

İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23
Yuxunuzu qaçıracaq 5 QORXULU film - VİDEO
24 iyun 2025 , 15:55