“Muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun müzakirə olunur
02 may 2011 17:02 (UTC +04:00)

“Muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun müzakirə olunur

Lent.az-ın məlumatına görə, qanun layihəsi Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında ilk dəfə olaraq müzakirəyə çıxarılıb.

Yeni qanun layihəsi Azərbaycan muğam sənətinin ictimai əlaqələr sistemindəki yerini və hüquqi vəziyyətini müəyyənləşdirir. Bu, azərbaycanlıların mədəni irsinin tərkib hissəsi olan və tarixən ifa etdikləri Azərbaycan muğamlarının hüquqi qorunması, öyrənilməsi, tədqiqi, tədrisi, təbliği və inkişaf etdirilməsi ilə bağlı yaranan münasibətləri tənzimləyir.

Qanun layihəsinin müəllifi, komitənin sədr müavini Rafael Hüseynov bildirib ki, muğam Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi üçün istifadə edilən vacib amillərdəndir, dünya azərbaycanlılarını birləşdirən dəyərdir. “Azərbaycanın birinci xanımı UNESCO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva muğamımızın dünyanın maddi mədəni irsi siyahısına daxil olmasına nail olub. Ona görə də bu sənət haqqında qanun layihəsinin hazırlanması labüddür” - deyə R.Hüseynov vurğulayıb.

Qanun layihəsi 4 fəsil 9 maddədən ibarətdir. Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Mübariz Aslanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 622

Oxşar yazılar