“Xanuma” premyeraya hazırdır
02 may 2011 16:05 (UTC +04:00)

“Xanuma” premyeraya hazırdır

Lent.az-ın məlumatına görə, premyera mayın 10-da Gənc Tamaşaçılar Teatrında baş tutacaq. V.Dolidze, A.Saqarelinin “Xanuma” əsərinə gürcüstanlı rejissor Qoça Kapanadze quruluş verib. Tamaşanın quruluşçu rəssamı Gürcüstandan Lomqul Murusidze, quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu baletmeysteri isə xalq artisti Təranə Muradovadır.


Rollarda xalq artistləri Afaq Bəşirqızı, Arif Quliyev, əməkdar artistlər Xanım Qafarova və Səmayə Musayeva, Ələkbər Əliyev, Nahidə Orucova, Nərgiz Kərimova və başqaları çıxış edir.

Xəyalə
# 758

Oxşar yazılar